Fazil Mustafa İlham Əliyevə zəng edərək təbrik edib - Yenilənib

17:00 | 08.02.2024
Fazil Mustafa İlham Əliyevə zəng edərək təbrik edib - Yenilənib

Fazil Mustafa İlham Əliyevə zəng edərək təbrik edib - Yenilənib

Böyük Quruluş Partiyasının (BQP) sədri, növbədənkənar prezident seçkilərində namizəd Fazil Mustafa Prezident İlham Əliyevə zəng edərək təbrik edib.

O, dövlət başçısına bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
 
 

***
Prezidentliyə bitərəf namizəd Zahid Oruc İlham Əliyevə zəng edərək qələbə münasibətilə təbrik edib. 
 
 O,  inamlı qələbə münasibətilə ölkə rəhbərini təbrik edərək, bildirib ki, xalqın mütəşəkkil dəstəyi ilə xarakterizə olunan seçkilər,  bu mərhələdə qazanılan nəticə  ölkənin gələcək həyatında çox mühüm rol oynayacaq.
 
Zahid Oruc Mərkəzi Seçki Komissiyasnın və exit poll-un açıqladığı ilkin nəticələrə görə seçkilərdə 2,2% səs toplamaqla 2-ci yerdə qərarlaşıb. 
 
Bundan əvvəl Qüdrət Həsənquliyev Prezidentə zəng edərək təbriklərini çatdırıb.
 
Gülnar Nazimqızı
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM