Zakayevdən şok iddia: Doku Umarov sağdır!

14:15 | 21.04.2014
Zakayevdən şok iddia: Doku Umarov sağdır!

Zakayevdən şok iddia: Doku Umarov sağdır!

İngiltərənin paytaxtı Londonda yaşayan çeçen siyasətçisi, “Müstəqil İçkeriya Respublikası” konsepsiyasının müəllifi  Əhməd Zakayev səhra komandiri Doku Umarovun ölümü xəbərinin yanlış olduğunu dilə gətirib.   
“Axar.az” xəbər verir ki, Zakayev yayılan xəbərləri Rusiya xəfiyyəsinin genişmiqyaslı təbliğatının məhsulu adlandırb.   
Zakayev bildirib ki, onda olan dəqiq məlumata görə, Umarov sağdır və hər hansı problem yoxdur. Çeçen siyasətçi əlavə edib ki, Putin belə xəbərləri yaydırmaqla qərbli partnyorlarına sürprizlər hazırlayır. Məsələ burasındadır ki, yarım ildən çoxdur Suriya ətrafında intensiv danışıqlar gedir. Kreml maraqlıdır ki, Suriya ətrafındakı hadısələr mümkün qədər uzansın.    
Zakayev Putinin Omarovun Suriyaya köçürülməsində maraqlı olduğunu səsləndirib: ”Umarovun Suriyaya keçirilməsi və müxaliflərin tərəfində vuruşması nə deməkdir? Çünki ruslar durmadan bəyanatlar verirlər ki, müxaliflərin daxilində dünyanın ən radikal islamçıları savaşırlar. Təsəvvür edirsinizmi, Əsəd rejiminə qarşı embarqolara başlayan Qərb üçün bu nə deməkdir? BMT tərəfindən terrorçu kimi tanınan Umarovun Suriyada görünməsi Kremlin işinə yarayır.  
 “Azadlıq” radiosunun jurnalistinin, “Cənab Zakayev, Putinin Umarovu Suriyaya köçürmək istəyir fikiriniz qəribə görünür” müdaxiləsinə cavabında o bilidrib ki, bəli, bu, belədir: ”Hələ 2007-ci ildə Doku Umarov Amerikaya, İsrailə və Böyük Britaniyaya müharibə elan edəcəyini bildirmişdi. Doku Rusiya xəfiyyəsinin əlinə keçmişdi, amma bizə də maraqlı gələn tərzdə  o, azadlığa çıxdı. Əminliklə deyə bilərəm ki, Umarov mütləq şəkildə rus xəfiyyəsinin nəzarəti altındadır. O, indiyə qədər sağdır və əminəm ki, Kremlin tapşırıqlarını yerinə yetirir. Onun Şimalı Qafqazda görünməsi yalnız Moskvaya xidmət edir. Ruslar dəfələrlə bildirirlər ki, baxın, budur, terrorçu təşkilat müstəqil dövlət yox, dənizdən-dənizə İslam Xəlifətini qurmaq istəyirlər. Çeçen xalqına qarşı genosidlərinə haqq qazandırırlar”.
ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM