Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvətilə bu gün İstanbul şəhərində keçirilən "IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisinin təntənəli açılış mərasimində iştirak edib.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesinin "ASELSAN”, "ROKETSAN”, "HAVELSAN”, "ASPİLSAN” və bir sıra digər şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib.
Görüşlərdə tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !