​Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında

17:44 | 23.12.2015
​Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında

​Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında

Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.

Bu barədə "Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov bir sıra ölkələrin müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirərək regional məsələləri müzakirə edib, hərbi sahədə əməkdaşlıq planları imzalayıb, hərbi-təhsil, təlim və Silahlı Qüvvələrin inkişaf istiqaməti barədə fikir mübadiləsi aparıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM