Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də Brüssel şəhərində NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində təşkil edilən toplantısında iştirak edib.
Müdafiə Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, görüşdə Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər, missiyanın gələcəyi və bir sıra digər məsələlər müzakirə olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !