Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Naxçıvan Muxtar Respublikasına səfər edib.
Müdafiə nazirliyindən ANS PRESS-ə daxil olan məlumata görə, səfərin məqsədi Əlahiddə Ümumqoşun Ordusunun yeni tədris ilinə hazırlığını yoxlamaqdır.
Müdafiə nazirinin rəhbərlik etdiyi qrup, hərbi hissələrin maddi-texniki və silah-sursatla təchizatının vəziyyətini, şəxsi heyətin sosial-məişət məsələlərini yoxlayacaq.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !