Zakir Həsənov Türkiyənin ordu generalı ilə Qarabağ münaqişəsini müzakirə etdi

12:22 | 14.11.2014
Zakir Həsənov Türkiyənin ordu generalı ilə Qarabağ münaqişəsini müzakirə etdi

Zakir Həsənov Türkiyənin ordu generalı ilə Qarabağ münaqişəsini müzakirə etdi

 Noyabrın 14-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyənin Jandarma Baş Komandanı ordu generalı Abdullah Atayı qəbul edib.

ANN.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müdafiə naziri general-polkovnik Z.Həsənov Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın daim yüksələn xətt üzrə artdığını, strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri əsasında qurulduğunu və əlaqələrin davamlı olduğunu qeyd edib.

Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və qaydalarına uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb. Ordu generalı Abdullah Atay da öz növbəsində səmimi qəbul üçün təşəkkürünü bildirərək, iki dövlət arasında əlaqələrin qədim tarixi bazaya, mehriban dostluq. qardaşlıq münasibətlərinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib. Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi Hasan Nevzat Taşdeler iştirak edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM