Zakir Həsənov Türkiyə milli müdafiə nazirinin müavini ilə görüşüb

16:05 | 27.02.2024
Zakir Həsənov Türkiyə milli müdafiə nazirinin müavini ilə görüşüb

Zakir Həsənov Türkiyə milli müdafiə nazirinin müavini ilə görüşüb

Fevralın 27-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkədə işgüzar səfərdə olan Türkiyə milli müdafiə nazirinin müavini cənab Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağcının da iştirak etdiyi görüşdə regional hərbi əməkdaşlıq sahəsində inkişaf perspektivləri, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə təltif edilən cənab Şuay Alpaya "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalını təqdim edib.

Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb.

Keçirilən görüşlərdə Türkiyədə istehsal olunan müxtəlif növ uçuş vasitələrinin modelləri təqdim olunub, qarşılıqlı hədiyyə mübadiləsi aparılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM