Zakir Həsənovdan daha bir QƏRAR

12:20 | 25.11.2013
Zakir Həsənovdan daha bir QƏRAR

Zakir Həsənovdan daha bir QƏRAR

Zakir Həsənov zabitlərin hərbi geyimində dəyişiklik edir. “Axar.az”ın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Müdafiə naziri Zakir Həsənovun növbəti dəyişikliklərindən biri zabitlərin hərbi geyimi ilə bağlı olacaq. Mənbənin bildirdiyinə görə, Z.Həsənovun cəbhə bölgəsinə səfəri zamanı geyindiyi və NATO standartına uyğun olan hərbi forma zabitlərin yeni uniforması olacaq. Bundan başqa, artıq zabitlərin geyiminin üzərində kəmər olmayacaq: “İndiki geyimlərdə kəmərlər görünüş cəhətdən yaxşı deyil. Kəmər vurulanda geyimin kəmərdən aşağıda qalan hissəsi normal görünmür. Amma yeni formalar daha səliqəli və görünüşlü olacaq”, – deyə mənbəmiz bildirib. Qeyd edək ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 fevral tarixli Fərmanı ilə təsdiq edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb