Zakir Həsənovdan daha bir TƏYİNAT

15:10 | 27.01.2014
Zakir Həsənovdan daha bir TƏYİNAT

Zakir Həsənovdan daha bir TƏYİNAT

“Xalq Bank”ın mühafizə xidmətinin rəhbəri Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi təyin edilib. ANN.Az Axar.az-a istinadən xəbər verir ki, “Xalq Bank”ın Mühafizə Xidmətinin rəhbəri polkovnik İlqar Mazanov Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə gətirilib. İlqar Mazanov bu vəzifədə general-mayor Rəhim Cəfərovu əvəzləyib. Məlumatı dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinə göndərdiyimiz sorğuya cavab olaraq nazirliyin mətbuat xidməti faktı təsdiqləyib: “Məsələlərə şərh vermədən bildiririk ki, həqiqətən polkovnik İlqar Mazanov Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi vəzifəsini icra edir”.  Qeyd edək ki, İlqar Mazanov bir müddət əvvəl bankdakı vəzifəsindən istefa verib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti