Zakir Həsənovdan Novruz əmri

12:33 | 18.03.2014
Zakir Həsənovdan Novruz əmri

Zakir Həsənovdan Novruz əmri

“Onların hamısına müsbət cavab verilib”.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Oxu.Az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-ın sorğusuna cavab olaraq bildirilənə görə, əmr Novruz bayramı ilə bağlı olub.

Əmrə və təsdiq edilmiş plana əsasən, Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə bayram tədbirlərinin keçirilməsi planlaşdırılır.

Məlumatda o da bildirilib ki, hər il olduğu kimi bu il də ziyalılar, ictimaiyyət nümayəndələri, icra hakimiyyətləri, ayrı-ayrı kollektivlər, o cümlədən ölkədə fəaliyyət göstərən televiziya kanallarının çəkiliş qrupları müxtəlif hərbi hissələrdə şəxsi heyətlə bir yerdə Novruz bayramı şənliklərinin keçirilməsi ilə əlaqədar Müdafiə Nazirliyinə müraciətlər ediblər:

“Onların hamısına müsbət cavab verilib. Hətta bəzi yerli strukturlar və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış əsgərlərlə ictimaiyyətin nümayəndələri və incəsənət xadimləri bir sıra görüşlər keçiriblər və yaxın günlərdə də bu kimi tədbirlərin keçirilməsi planlaşdırılır”. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb