Müdafiə Nazirliyi Gorədil Hərbi İstirahət Evinin rəisi polkovnik Etibar Qasımov işdən azad edib.
ANN.Az-ın “anspress”ə istinadən xəbərinə görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu barədə əmr imzalayıb.
Hərbi İstirahət evinin rəisi vəzifəsinə polkovnik-leytenant Ayatxan Hüseynov təyin edilib.
Z.Həsənov Etibar Qasımovun müavini mayor Mobil Yusifovu da vəzifədən azad edərək təqaüdə göndərib. Müavin vəzifəsinə isə hələlik heç kəs təyin olunmayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !