Zakir Həsənovdan yeni təyinat

10:39 | 10.04.2014
Zakir Həsənovdan yeni təyinat

Zakir Həsənovdan yeni təyinat

Müdafiə naziri Zakir Həsənovun əmri ilə bir müddət öncə Şəmkir korpusunun Qərargah rəisi təyin edilən Xəqani Cəbrayılova yeni vəzifə verilib.

AzNews.az-ın məlumatına görə, cəbhənin Füzuli rayonu ərazisində yerləşən hərbi hissədə bir neçə gün əvvəl 4 hərbçinin ölümü ilə nəticələnən mina partlayışından sonra əraziyə səfər edən Zakir Həsənov toplantı keçirib. Beyləqan korpusunun tabeliyində olan hərbi hissədə baş verən bu hadisədə birləşmənin yuxarı komandanlığını ittiham edən nazir? sərt addımlar atacağı ilə bağlı xəbərdarlıq edib. Z. Həsənov cəbhədən Bakıya dönən kimi isə adıçəkilən korpusun komandanlığında ciddi dəyişiklik edilməsinə dair əmr imzalayıb. Nazir Xəqani Cəbrayılovu Beyləqan korpusunun Qərargah rəisi təyin edib.Qeyd edək ki, Xəqani Sərdar oğlu Cəbrayılov cəbhə yoldaşları arasında nümunəvi döyüşçü kimi tanınıb. 90-cı illərdə müharibə bölgəsində böyük döyüş təcrübəsi keçib.O, Ali Baş Komandan – dövlət başçısı tərəfindən 2011-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə “İgidliyə görə” medalı ilə də təltif edilib.Bütün bunlara baxmayaraq, sabiq nazir Səfər Əbiyev bu hərbiçini cəzalandırmış, onun rütbəsini endirmişdi. Zakir Həsənov nazir təyin edildikdən sonra isə onun rütbəsini bərpa etmiş, əvvəlcə Şəmkir korpusuna qərargah rəisinin müavini, bir qədər sonra isə qərargah rəisi təyin etmişdi. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM