Zakir Həsənovun kralla görüşündən FOTOLAR

20:35 | 26.12.2014
Zakir Həsənovun kralla görüşündən FOTOLAR

Zakir Həsənovun kralla görüşündən FOTOLAR

Bəhreyn Krallığında rəsmi səfər edən müdafiə naziri Zakir Həsənov dekabrın 26-da Müdafiə Qüvvələrinin baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd Əl Xəlifə ilə görüşüb. Görüşdən sonra birgə hərbi əməkdaşlığın fəallaşdırılması və genişləndirilməsini nəzərdə tutan ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Sonra Müdafiə Nazirliyinin nümayəndə heyəti Bəhreyn Kral Hərbi Hava Qüvvələri və Bəhreyn Kral Hərbi Dəniz Qüvvələri komandanlıqlarında olaraq hərbi hava və hərbi dəniz bazalarını, o cümlədən hərbi tibb müəssisələrini ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Zakir Həsənov Bəhreyn kralı Şeyx Həməd bin İsa Əl Xəlifə ilə də bir araya gəlib.
Görüşdə hərbi əməkdaşlıq məsələlərinə, regional və beynəlxalq problemlərə dair fikir mübadiləsi aparılıb.


ANN.Az
 
 










0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM