"Faiz gəlirlərinin azalması banklara çətinlik yaratmayacaq". "APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.
Onun sözlərinə görə, iki devalvasiyadan sonra bankların kredit portfelləri təbii olaraq azalmağa doğru meyllənib: "Eyni zamanda, devalvasiyalardan sonra dövlətin qəbul etdiyi qərarlar nəticəsində nağdsız hesablaşmalar birmənalı şəkildə artdı. 5,2 milyard manat nağd likvid vəsait və 1 milyard manata yaxın qiymətli kağızlar üzərinə yerləşdirən vəsaitləri nəzərə alsaq, bank sektorunda qısa və uzunmüddətli olmaqla ümumilikdə 6 milyard manatdan çox likvid vəsait yaranıb. Eyni zamanda, bankların cəlb etdiyi valyuta vəsaitlərinin faiz dərəcələri kəskin aşağı düşdü. Manat vəsaitləri üzrə hazırda faiz dərəcələri enməyə doğrudur. Bankların hüquqi şəxslərə təqdim etdiyi manat və dollarda olan kreditlərin faiz dərəcələri aşağıya doğru çəkildi. Kreditlərin ümumi həcminin azalmasına görə faiz gəlirlərində aşağı meyllənmə faiz xərclərinin azaldılması hesabına kompensasiya olundu. Hesab edirəm ki, qarşıdakı dövr ərzində, yəni ilin sona və 2018-ci ildə bankların kredit aktivliyi yüksələcək. Aktivliyin yüksəlməsi faiz gəlirlərinin aşağı enməsindən yaranan boşluğu ümumi həcmin artması hesabına təmin etmiş olacaq".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !