"Bank sektorunda 4 mlrd. manat məbləğində likvidlik yaranıb".
anews.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Azərbaycanda mikromaliyyənin gələcəyi:
çətinliklər və imkanlar” adlı V İnvestorlar Yarmarkasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.
O bildirib ki, artıq xaricdən vəsait cəlb etməyə ehtiyac qalmayıb. Banklar daxildən manatla vəsait cəlb edib. Yaxın vaxtlarda banklararası açıq hərrac mexanizmi işə düşəcək və mövcud likvid vəsaitlər maliyyə subyektləri, bazar iştirakçıları arasında bölünəcək”.
Onun sözlərinə görə, likvidlik probleminin həll edilməsi Azərbaycanda kredit faizlərini də aşağı salmaq imkanı yaradıb: "Hazırda mikromaliyyə təşkilatları illik təxminən 40%-lə kredit verir. Amma artıq imkanlar yaranıb ki, likvid vəsaitlərin formalaşması hesabına bu faizlər aşağı salınsın. Əvvəllər bank sektorunun qarşısında duran məsələ bank sektoruna vəsait cəlb edilməsi idisə, hazırda prioritet bu vəsaitlərin sərfəli şərtlərlə ölkə iqtisadiyyatına ötürülməsidir”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !