Zakir Qaralov Beynəlxalq Antikorrupsiya Akademiyasının sədri seçildi

16:17 | 19.11.2014
Zakir Qaralov Beynəlxalq Antikorrupsiya Akademiyasının sədri seçildi

Zakir Qaralov Beynəlxalq Antikorrupsiya Akademiyasının sədri seçildi

 Bu gün Beynəlxalq Antikorrupsiya Akademiyasının Bakıda keçirilən üçüncü Assambleyasında baş prokuror Zakir Qaralov akademiyanın növbəti il üçün sədri seçilib.ANN.Az APA-ya istinadən xəbər verir ki, Tailand Krallığı nümayəndəsinin bir illik səlahiyyət müddətinin  başa çatması ilə əlaqədar Akademiyanın növbəti il üçün sədri seçilən Z. Qaralov rəhbərlik edəcəyi dövr üçün qarşıda duran vəzifələrə dair fikirlərini bölüşüb.Baş prokuror təhsilin insan həyatında, onun şəxsiyyət kimi formalaşmasında əvəzedilməz rolunu qeyd edərək tədris müəssisəsi kimi akademiyanın ənənəvi yay kurslarının təşkili sahəsində fəaliyyəti daha da inkişaf etdirilməli olduğunu, iqtisadiyyat, hüquqşünaslıq, politologiya, psixologiya kimi çoxsaylı sahələrin inteqrasiyasını və cəmiyyətin bütün təbəqələrini əhatə edən “Antikorrupsiya tədqiqatları üzrə master” kursları keyfiyyətcə yeni məzmun daşımalı olduğunu bildirib.Akademiyaya üzv dövlətlərin sayının artırılması istiqamətində işin prioritet vəzifələrdən olduğunu bildirən Z. Qaralov qabaqcıl təcrübənin öyrənilməsi və bölüşdürülməsi məqsədilə keçirilən treninqlərin coğrafiyası müxtəlif mövzular üzrə regional konfransların təşkili yolu ilə genişləndirilməsinin vacibliyini vurğulayıb. O, bu baxımdan Baş prokuror Beynəlxalq Antikorrupsiya Akademiyası və Azərbaycan Vergilər Nazirliyi arasında 2012-ci ildə imzalanmış Anlaşma Memorandumunun icrası qaydasında 2015-ci ilin yay fəslində Vergilər Nazirliyinin Şamaxı rayonunda beynəlxalq tədbirlərə ev sahibliyi üçün hər cür şəraiti olan Tədris Mərkəzində korrupsiya qarşı mübarizə sahəsində aktual mövzuya həsr olunmuş regional konfransın keçirilməsini təklif edib.Baş prokuror Nizamnaməsinə müvafiq olaraq üzərinə düşən vəzifələrin müvəffəqiyyətlə yerinə yetiriləsi üçün tədris ocağının ianə və maliyyə mənbələrinin artırılması istiqamətində Akademiyaya maddi dəstəyinin gücləndiriləcəyi söyləyib. Eyni zamanda Akademiyanın fəaliyyətini əks etdirən, onun məzunlarının jurnalı kimi elektron nəşrlərlə yanaşı korrupsiyanın ayrı-ayrı növləri üzrə istintaq metodikasını əks etdirən tövsiyələr və korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirici bələdçilərin hazırlanmasının tədris ocağının mühüm işi olması diqqətə çatdırılıb. Z. Qaralov mövcud modeli beynəlxalq təşkilatlar tərəfindən nümunə kimi qeyd olunan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin təcrübəli prokurorları tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində bu kateqoriyadan olan cinayətlərin ilkin araşdırılması və istintaq metodikasına dair tövsiyələrin hazırlanması Azərbaycan tərəfinin akademiya rəhbərliyi müddətində həmkarlara töhfəsi olacağını vurğulayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM