Bakı şəhəri, Qaradağ rayonunun prokuroru Fəxrəddin Pənahov vəzifəsindən azad olunub.
Bu barədə "Report”a prokurorluq orqanlarından bildirilib. Bununla bağlı baş prokuror Zakir Qaralov əmr imzalayıb.
F.Pənahov Respublika Baş Prokurorluğunda yüksək vəzifəyə təyin olunub.
Qeyd edək ki, F.Pənahov Qaradağ rayonunun prokuroru olmazdan əvvəl Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi vəzifəsində çalışıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !