APA xəbər verir ki, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Tural Çingiz oğlu Aslanov Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi vəzifəsinə təyin olunub.
O, bundan əvvəl Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinin böyük prokuroru vəzifəsində çalışıb.
T. Aslanovun adı Baş Prokurorluğun veb saytında prokurorluq orqanlarının kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrə görə məsul olan əməkdaşlarının siyahısına əlavə edilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sayta yeni təyinatı təsdiqləyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !