Azərbaycanın sabiq Baş prokuroru Zakir Qaralovun qardaşı Tahir Qaralov Gürcüstanda cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı barəsində yayılan məlumatlara münasibət bildirib.
Anews.az xəbər verir ki, T.Qaralov APA-ya açıqlamasında qeyd edib ki, barəsində yayılan bu məlumatlar yalandır:
"Mənim barəmdə Gürcüstanda cinayət işi başlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu məlumatlar sifarişli və qərəzli yazılardır.
Qeyd edək ki, bəzi KİV-də Z.Qaralovun qardaşı Tahir Qaralov barəsində Gürcüstanda cinayət işi başlanması barədə məlumatlar yayılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !