Əvvəlki illərdə az maaş alıb pensiyaya çıxan müəllim və həkimlərin pensiyasının artırılması məqsədəuyğun olar. Bunu deputat Arzuxan Əlizadə deyib.
"Zamanında az maaş alıb pensiyaya çıxan müəllim və həkimlər var ki, onlar minimum pensiya alır. Nəzərə almaq lazımdır ki, onlar cəmiyyətin maarifləndirilməsində və sağlamlığında böyük xidmətlər göstəriblər. Təklif edirəm ki, bu məsələyə həsasas yanaşaraq onların pensiyasında artımlar edək", - deputat Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Deputat həmçinin veteranlara verilən 80 manatın artırılmasını təklif edib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !