“Zamanla üz-üzə” kitabı nəşr edildi

09:43 | 25.12.2013
“Zamanla üz-üzə” kitabı nəşr edildi

“Zamanla üz-üzə” kitabı nəşr edildi

Bakı Slavyan Universitetinin müəllimi, “Azərbaycan” jurnalının ədəbi redaktoru, tənqidçi-publisist Südabə Ağabalayevanın “Təhsil” nəşriyyatında çapdan çıxmış “Zamanla üz-üzə” kitabı görkəmli şairə Mirvarid Dilbaziyə həsr olunub.

AzərTAc xəbər verir ki, prezident İlham Əliyevin “Mirvarid Dilbazinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 16 may tarixli Sərəncamına əsasən çap olunmuş kitab tanınmış şairənin həyat və yaradıcılığından bəhs edir.Kİtabda vaxtilə şairəyə ünvanlanmış məktublar, eləcə də onun özünün doğmalarına, həmkarlarına yazdığı məktublar, bu günədək çap olunmamış bayatılar, şeirlər işıq üzü görüb. Kitabda şairin keçdiyi həyat yolu, nəsil şəcərəsi, ailə münasibətləri, ayrı-ayrı əsərlərinə həsr olunmuş məqalə və resenziyalar da yer alıb.M. Dilbazi irsini öyrənənlərə və oxuculara ən dəyərli töhfə olan “Zamanla üz-üzə” kitabına əməkdar incəsənət xadimi İntiqam Qasımzadə rəy verib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM