Zambiyada 21 gün yas tutulacaq

22:30 | 18.06.2021
Zambiyada 21 gün yas tutulacaq

Zambiyada 21 gün yas tutulacaq

Zambiyanın ilk, qurucu prezidenti Kennet Deyvid Buçayzya Kaundanın xatirəsinə ölkədə 21 gün matəm elan edilib.

"Report” xəbər verir ki, bu barədə Zambiya hökuməti açıqlama yayıb.

Bildirilib ki, bununla əlaqədar dövlət bayrağı endiriləcək.

Açıqlamaya əsasən, Kaunda iyunun 13-dən müalicə olunduğu hərbi hospitalda vəfat edib.

Kennet Deyvid Buçayzya Kaunda 1924-cü il aprelin 28-də Şimali Rodeziyanın Çinsali şəhərində anadan olub. 2021-ci il iyunun 17-də Zambiyada vəfat edib. O, ölkəsinin ilk baş naziri və prezidenti olub. Zambiya 1964-cü ildə Böyük Britaniyanın müstəmləsindən qurtulub. Bundan sonra Kaunda 27 il ölkəsini idarə edib. Xalq arasında o, "KK” ləğəbi ilə tanınırdı.

Onu "Afrikanın Qandisi” də adlandırırdılar. 1991-ci ildə Zambiya çoxpartiyalıə sistemə keçib. Həmin il keçirilən prezidenti seçkisində Kaunda rəqibi Fredrik Çilubaya məğlub olub.

Kaunda Cənubi Afrika ölkələrində ağ azlıqların hakimiyyətinə qarşı mübarizə aparan əsas fiqurlardan biri olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb