Mayın 19-da Bakıda Beynəlxalq Futbol Könüllülüyü Forumu keçiriləcək. AFFA-dan ANS PRESS-ə verilən məlumata görə, məşhur italiyalı futbolçu, “Yuventus”, “Milan”, “Barselona” klublarında çıxış etmiş, İtaliya millisinin heyətində 2000-ci ildə Hollandiya və Belçikada keçirilmiş Avropa çempionatında gümüş medal qazanmış, 2006-cı ildə isə Almaniya təşkil olunmuş dünya çempionatının qalibi olmuş Canluka Zambrotta forumda forumun səfiri kimi iştirak edəcək.Qeyd edək ki, Forumda 8 ölkədən 9 beynəlxalq səviyyəli spiker çıxış edəcək. Spikerlərin mövzusu müxtəlif dövrlərdə keçirilmiş tədbir və layihələrdən qazanılmış təcrübələrdir. İştirakçı qismində azərbaycanlı könüllülərlə yanaşı forumda Polşa, Çin və Türkiyədən də könüllülər iştirak edəcək.Forum barədə yenilikləri. www.ifvf2014.com saytından izləmək mümkündür.Abşeron Marriott otelin Şərq zalında keçiriləcək forum may 19-da, saat 10:00-da başlayacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !