Zambrotta Bakıya gəlməyindən danışdı

18:33 | 19.05.2014
Zambrotta Bakıya gəlməyindən danışdı

Zambrotta Bakıya gəlməyindən danışdı

“Belə bir tədbirə dəvət aldığıma görə fəxr edirəm”. Apasport.az saytının məlumatına görə, bunu İtaliya millisinin sabiq futbolçusu Canluka Zambrotta deyib.Məşhur müdafiəçi Bakıda keçirilən Beynəlxalq Futbol Könüllülüyü Forumunun səfiri seçilib. Zambrotta gəncliyə önəm verdiyini bildirib: “Bu forumda çox gəncləri görürəm. Mən də gənc olmuşam. İndi 37 yaşım var. Bu gənclər ölkənin bütün sahələrində rol oynamalıdır. Həyatımda olan ən böyük uğurlardan böyüyü dünya çempionu olmağımdır. Həmin vaxt qalib gəlməyimizdə komanda şəklində çıxış etməyimizə minnətdarıq”.“Yuventus”, “Barselona” və “Milan” kimi klubların şərəfini qorumuş futbolçu indiki karyerasından da danışıb: “Artıq butslarımı çıxartmışam. İtaliyada məşqçi işləyirəm. Məşqçi olduğum komandada futbolçular gənclərdir. Onlara aşılamağa çalışıram ki, hər bir futbolçunun komandada yeri var. B seriyasında olan komandanın məşqçisi olaraq məqsədimiz komandanı həmin divizionda saxlamaq idi. Məqsədimizə çatdıq”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM