Zamin Salayevin ev dustaqlığına buraxılmayıb

15:12 | 31.03.2023
Qaradağ Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayevin ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib. Salayev azad edilməsi tələbilə 52 gündür aclıq edir.

Vəkil Nemət Kərimli bildirib ki, Salayev ağır vəziyyətdə olmasına baxmayaraq, məhkəməyə aparılıb.

Müdafiə tərəfi qərardan şikayət etmək niyyətindədir.

Salayev 37 kiloqaram çəki itirib.

"Hazıda çəkisi 89 kiloqramdır. O, 37 kiloqram çəki itirib.  Atamın baş ağrıları, başgicəllənmələri artıb. Vəkili artıq onun sərbəst yeriyə bilmədiyini deyir. Atamın qan təziqi tez-tez düşür və huşunu itirərək yıxılır",- AXCP fəalının oğlu bildirib.
 
Zamin Salayevin vəkili Namiq Kərimli bildirir ki, Salayev hələ də təcridxananın tibb-sanitar hissəsinə köçürülməyib.

"O, ümumi kamerada saxlanılır. Həkim nəzarəti yoxdur. Martın 13-də poçt vasitəsi ilə Qaradağ rayon Məhkəməsinə Salayev barədə ev dustaqlığına buraxılması ilə bağlı vəsatət göndərmişəm.  15 gün keçib, amma sifarişlə göndərdiyim məktub hələ də ünvana çatmayıb",- vəkil vurğulayıb.

Ombudsman Aparatının əməkdaşları indiyədək iki dəfə təcridxanada Zamin Salayevlə görüşüb.

Ombudsman Aparatı görüşün nəticəsi olaraq Zamin Salayevə qarşı münasibətlə bağlı Penitensiar Xidmətə və prokurorluğa müraciət edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Facebook səhifəsində partiya fəalı Zamin Salayevi aclığı dayandrımağa çağırıb 
 
Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunarsa fəalı 5 ilədək həbs gözləyir.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

Daha əvvəl Zamin Salayev 2020-ci il aprelin 20-də CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi fəal Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edib.

Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan edib.

Ardından polis əməkdaşı Salyan Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb edib.
 
Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Aytac Zeynalova 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb