“Zamiq mənə dünyanı bağışladı” – Nağılbazın anası

17:53 | 20.08.2020
“Zamiq mənə dünyanı bağışladı” – Nağılbazın anası

“Zamiq mənə dünyanı bağışladı” – Nağılbazın anası

müğənni Zamiq Hüseynov bir neçə gün öncə mərhum reper Anar Nağılbazın "Mən səni sevirəm” mahnısını ifa edərək yeni kliplə birgə təqdim edib.

Anews.az xəbər verir ki, Anarın anası Şərqiyyə xanım bu jestinə görə Zamiqə təşəkkür edərək, ünvanına xoş sözlər göndərib:

"Zamiqi öpüb, bağrıma basıram. İfasını hədsiz çox bəyəndim. Ümumiyyətlə, onun bütün mahnılarını sevərək dinləyirəm. Anarın mahnısını oxuyub. Elə bildim ki, mənə dünyanı bağışladı. Xahiş edirəm, bundan sonra da Anarın bütün mahnılarını elə Zamiq oxusun. Allah onu xoşbəxt eləsin. Çox sağ olun ki, Anarı yad edirsiniz”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM