Zamirə Ədilovaya vəzifə verildi

12:08 | 18.11.2019
Zamirə Ədilovaya vəzifə verildi

Zamirə Ədilovaya vəzifə verildi

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub.
 
Modern.az xəbər verir ki, rektor Elmar Qasımovun əmri ilə bu vəzifəyə Zamirə Ədilova gətirilib. O, 14 noyabr tarixindən etibarən vəzifəsinin icrasına başlayıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Z.Ədilova ilk əmək fəaliyyətinə "525-ci qəzet”də başlayıb.
 
Daha sonra uzun müddət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ictimaiyyətlə əlaqələr işinin təşkilinə cavabdeh olub. 
 
2015-ci ildən Nazirliyin İctimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsində çalışıb və fəaliyyəti dövründə İKT-nin, eləcə də, mətbuatın inkişafında xidmətlərinə görə dəfələlə "Fəxri Fərman”larla təltif olunub. "İnformasiya Cəmiyyətinin jurnalisti” müsabiqəsinin qalibidir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb