Ukraynanın Zaparojets vilayətində fəaliyyət göstərən Erməni İttifaqının sədri Artaşes Sarqsyan güllələnib.
anews.az Forpost-a istinadən xəbər verir ki, bunu təşkilat sədrinin müavini Rudolf Akopyan bildirib.
Hadisə Zaparojets şəhər parkında, Şevçenko bulvarında baş verib. A.Sarqsyan avtomobildən enərkən, ona odlu silahdan atəş açılıb.
Güllə A.Sarqsyanın qarın boşluğunu dəlib-keçib. O, xəstəxanaya yerləşdirilib.
Açılan atəş nəticəsində Erməni İttifaqı sədrinin mühafizəçisi də yaralanıb.
Hadisənin səbəbi araşdırılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !