Zaqatala sakini narkotik vasitə ilə saxlanıldı

19:00 | 16.01.2021
Zaqatala sakini narkotik vasitə ilə saxlanıldı

Zaqatala sakini narkotik vasitə ilə saxlanıldı

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq, məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri həyata keçirilib.


DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polislər tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitəni üzərində daşımaqda və saxlamaqda şübhəli bilinən rayon sakini Q.Murtuzəliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan bir ədəd kibrit qutusunda yeddi qram, davam etdirilən tədbirlərlə işlədiyi avtomobil təmiri məntəqəsinə baxış keçirilən zaman isə sellofan torbada 455 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. 


Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM