• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Zaqatalada 64 nəfər qızılcaya yoluxdu

Zaqatalada 64 nəfər qızılcaya yoluxdu
17.11.2023 16:49
Oktyabrın 11-dən noyabrın 17-dək Zaqatalada qızılca ilə bağlı xstəxanaya 64 müraciət daxil olub. Bu barədə Apa agentliyi yazıb.  

"Onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb. Ambulator xəstələrdən 8 uşaqdır, vəziyyətləri stabildir.Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (5-i uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. 9 xəstənin isə stasionar müalicəsi davam etdirilir”, - məlumatda qeyd olunub. 
 
Oktyabrda Şəkidə də İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın  18 sinifində uşaqlar arasında qızılcaya yoluxma halı aşkarlanıb. 
 
Oktyabrın 25-də Səhiyyə Nazirliyi açıqlama yayaraq vurğulayıb ki, Azərbaycanda qızılcadan peyvənd olunmayan uşaqlar arasında bu xəstəliyin yoluxma halları müşahidə edilib.
 
Nazirlik bildirib ki, Azərbaycanda 2014-cü ildən bu yana qızılcaya yoluxan olmayıb. Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu xəstəliyə yoluxan ölkələr siyahısından çıxarılıb. 
 
Səhiyyə Nazirliyinin sentyabrda açıqladığı məlumatda Azərbaycanda qızılcaya yoluxanların sayı 24 olduğu açıqlanıb. 
 
Gülnar Nazimqızı 
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putinlə Makron üç ildən sonra telefonla danışdı
Cəmiyyət 05:10
Putinlə Makron üç ildən sonra telefonla danışdı
Şahin Şıxlinski sərbəst buraxılıb – rəsmi
Cəmiyyət 04:20
Şahin Şıxlinski sərbəst buraxılıb – rəsmi
Ukrayna “Sputnik Azərbaycan” rəhbərlərini “qara siyahı”ya salıb
Cəmiyyət 04:09
Ukrayna “Sputnik Azərbaycan” rəhbərlərini “qara siyahı”ya salıb
İrandan narkotik vasitələrin tranziti ilə bağlı saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi keçirilib - Yenilənib
Cəmiyyət 23:24
İrandan narkotik vasitələrin tranziti ilə bağlı saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi keçirilib - Yenilənib
Vəkillər Kollegiyası beynəlxalq təşkilatlara müraciət edəcək
Cəmiyyət 23:05
Vəkillər Kollegiyası beynəlxalq təşkilatlara müraciət edəcək
Rusiyada "Lukoyl"​un Uraldakı İstehsalat Birliyinin rəhbəri saxlanılıb
Cəmiyyət 22:09
Rusiyada "Lukoyl"​un Uraldakı İstehsalat Birliyinin rəhbəri saxlanılıb
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Cəmiyyət 21:11
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Voronejdə saxlanılan azərbaycanlı iş adamı azadlığa buraxılıb - Yenilənib
Cəmiyyət 21:03
Voronejdə saxlanılan azərbaycanlı iş adamı azadlığa buraxılıb - Yenilənib
Bu ərazidə işıq olmayacaq
Cəmiyyət 19:56
Bu ərazidə işıq olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol