Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb

22:00 | 22.01.2023
Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb

Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu gün saat 19 radələrində Zaqatala şəhəri ərazisində Fərid Səmədov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə yolu keçən piyada, 1968-ci il təvəllüdlü rayon sakini Güləsər Əliyevanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. (report.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb