Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini, əvvəllər də narkotik və oğurluq cinayətləri törətdiyi üçün məhkum olunmuş Eldar Xasayev saxlanılıb.
Üzərinə keçirilən baxış zamanı ondan külli miqdarda tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xasayev bir müddət əvvəl Bakı şəhərində törətdiyi cinayətə görə axtarışda olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !