Zaqatalada dönərdən zəhərlənmənin səbəbi məlum olub -Yenilənib

16:36 | 08.05.2024
Zaqatalada dönərdən zəhərlənmənin səbəbi məlum olub -Yenilənib

Zaqatalada dönərdən zəhərlənmənin səbəbi məlum olub -Yenilənib

Zaqatalada dönərdən zəhərlənmənin səbəbi sanitar-gigiyenik pozuntulara yol verilməsidir. Bu barədə Qida Təhlükəsizlik Agentliyinin məlumatında deyilir.

"Araşdırma zamanı çiy dönərin müəssisənin daxilində hazırlandığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Obyektlə bağlı digər nəzarət tədbirləri aparılmaqdadır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, zəhərlənməyə səbəb dönərlərin hazırlanması (o cümlədən çiy dönərlərin hazırlanması) və istehlakçılara təqdim edilməsi zamanı ciddi sanitar-gigiyenik pozuntulara yol verilməsi və çirklənməyə səbəb olmasıdır", - məlumatda qeyd olunub.
 
***
Zaqatalada dönərdən zəhərlənənlərin sayı 34 nəfərə çatıb, onlardan 15-i uşaqdır. Bu barədə anews.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 
 
"Mayın 7-dən başlayaraq zəhərlənmə diaqnozu ilə 34 nəfər xəstəxanaya müraciət edib. Onlardan 21 qadın, 13 kişidir. Zəhərlənənlərin 15-i uşaqdır. Müraciət edənlərin 16 nəfəri evə buraxılıb. Digər şəxslərin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılması nəzərdə tutulur",  - TƏBİB-in məlumatında deyilir. 
 
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bildirib ki, baş verən hadisə araşdırılır. 
 
Bir müddət öncə AQTA-nın sədri Qoşqar Təhməzov Milli Məclisdə çıxışı zamanı söyləyib ki, dönərdən zəhərlənmə halları qida ilə bağlı olmur. 
 
"Son zamanlar dönərxanalarda zəhərlənmə halları olub. Qəribə də olsa Azərbaycan satıcısı hələ də elementar gigenik qaydalara əməl edib əllərini yuya bilmir. Zəhərlənmələrin çoxu gigenik qaydaların pozulmasından baş verir. İnsanlar da elə başa düşür ki, bu dönərin əti ilə bağlıdır. Qidanın özü ilə davranmağı öyrənməliyik. Hamı elə bilir ki, xaricdə qida ilə hər şey əladır, amma bizdə kritikdir. Amma bu belə deyil", - Təhməzov vurğulayıb. 
 
Aytac Zeynalova 
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM