Zaur Cəlilova yeni VƏZİFƏ verildi

13:36 | 20.11.2019
Zaur Cəlilova yeni VƏZİFƏ verildi

Zaur Cəlilova yeni VƏZİFƏ verildi

"LUKOYL-Azərbaycan"a yeni baş direktor təyin olunub.

"Qafqazinfo” xəbər verir ki, Rusiyanın "LUKOİL” şirkətinin məlumatına əsasən, yeni direktor Zaur Cəlilovdur.  O, bundan öncə LUKOIL Italia S.r.l. (Roma) şirkətində Kommersiya məsələləri üzrə menecer vəzifəsində işləyib.

Zaur Cəlilov yeni vəzifədə Aydar Abdullini əvəz edib. Öz növbəsində Abdullin isə "LUKOİL-Trans" MMC-yə baş mühəndis vəzifəsinə təyinat alıb.

Qeyd edilib ki, yeni təyinatlar "LUKOİL” PSC-nin şəxsi heyətin idarə olunması törəmə müəssisə rəhbərlərinin kadrların rotasiyası praktikasına əsasən aparılıb.
Xatırladaq ki, "LUKOYL" şirkətinin rəhbəri azərbaycanlı iş adamı Vahid Ələkbərovdur. 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb