Zaur Hüseynov idarə rəisini işdən çıxartdı

14:25 | 04.01.2018
Zaur Hüseynov idarə rəisini işdən çıxartdı

Zaur Hüseynov idarə rəisini işdən çıxartdı

Bakı Metropoliten QSC-nin tikinti departamentinin rəisi İqor Xankişiyev vəzifəsindən azad edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, İ.Xankişiyev yaş həddinə görə, vəzifəsindən azad olunması üçün "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəisi Zaur Hüseynova ərizə ilə müraciət edib.

QSC sədri onun ərizəsini qəbul edərək İqor Xankişiyevi vəzifəsindən azad edib.

QSC mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev faktı təsdiq edərək bildirib ki, İqor Xankişiyev yaş həddinə görə işindən öz ərizəsilə ayrılıb: "Uzun müddət isə metro tikintisində rəhbər vəzifələrdə çalışıb. 2014-cü ilə qədər Azərtunelmetrotikinti ASC-nin sədr müavini, QSC yarandıqdan sonra isə tikinti departamentinin rəisi vəzifəsində çaılışıb. Gözəl insan və təcrübəli mütəxəssis olub".

Qeyd edək ki, İqor Xankişiyevin 79 yaşı var və 1979-1987-ci illərdə "Bakı Metropolitenin"in rəisi vəzifəsində işləyib. 2012-ci il aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə «Əməkdar Mühəndis» fəxri adına layiq görülüb, «Fəxri dəmiryolçu»dur." "Bakı Metropolitenin"in 50 illik yubleyində prezidentin sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti