“Novruz bayramından sonra yeni və daha maraqlı layihə ilə efirdə olacağıq”. Bu sözləri “Axar.az”a ötən gün yayımı dayandırılan “Ümid var” verilişinin layihə rəhbəri Nəmənd Rüstəmov bildirdi. Onun sözlərinə görə, çoxsaylı tamaşaçıların müraciətini nəzərə alıb “Ümid var”dan sonra efirdə yaranan boşluğu dolduracaqlar: “Yeni veriliş hazırlanır. Tezliklə anonslarını da görəcəksiniz. Ancaq verilişin hansı formatda olacağı hələlik sirr qalsın. Bilirəm ki, gözləyənlər çoxdur. Narahat olmasın heç kəs. Novruzdan sonra daha maraqlı proqramla sizlərlə olmaq üçün gələcəyik”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !