Zaxarova - Qarabağda baş verən insidentdən narahatıq

17:14 | 06.03.2023
Zaxarova - Qarabağda baş verən insidentdən narahatıq

Zaxarova - Qarabağda baş verən insidentdən narahatıq

Rusiya Dağlıq Qarabağda gərginliyin artmasından ciddi narahatdır və tərəfləri təmkinli olmağa çağırır. Bu barədə bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 

"Biz Qarabağ münaqişəsi zonasında gərginliyin artması ilə bağlı ciddi narahatlığımızı bildiririk. Son bir neçə gün ərzində atəşkəs rejiminin dəfələrlə pozulması halları baş verib. Martın 5-də insan tələfatı ilə nəticələnən silahlı insident baş verib. Həm Ermənistan, həm də Azərbaycan tərəfinin itkiləri olub”, - diplomat vurğulayıb.

Martın 5-də Qarabağda növbəti dəfə qeyri-qanuni erməni silahlı birləşmələri tərəfindən təxribat törədilib. Belə ki, Xankəndinə silah daşıyan maşının qarşısını alan Azərbaycan Ordusunun hərbçiləri təxribatla üzləşib. Nəticədə 2 hərbçi vəfat edib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb