Zaxarova Zelenskini “qaniçən canavar” adlandırıb

16:53 | 10.01.2025
Zaxarova Zelenskini “qaniçən canavar” adlandırıb

Zaxarova Zelenskini “qaniçən canavar” adlandırıb

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova RİA Novosti- yə müsahibəsində  Ukrayna prezidenti Vladimir Zelenskini Ukraynaya xarici qoşunların göndərilməsi ideyasına görə "qaniçən canavar”  adlandırıb.

Zaxarovanın sözlərinə görə, Zelenski əvvəlcə öz vətəndaşlarını "sadəcə məhv edib”, indi isə Kiyevin müttəfiq hesab etdiyi insanları məhv etmək istəyir.

Yanvarın 9-da Zelenski Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasında iştirak edib . Tədbir zamanı  deyib ki, Qərb qoşunlarının Ukraynaya yerləşdirilməsi "sülhü yaxınlaşdırmaq üçün ən yaxşı vasitələrdən biri” ola bilər.

Ramstein Rusiya ilə münaqişədə üzvləri Kiyevə hərbi yardım göstərən beynəlxalq koalisiyadır.
 
Rusiya və Ukrayna arasında müharibə 2022-ci ilin fevralından davam edir. 
 
Aytac 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM