“Özbaşıma növbəti seçkilərə qatıla bilmərəm!” — Ramiz Mehdiyevin kürəkəni - FOTO

10:58 | 13.12.2019
“Özbaşıma növbəti seçkilərə qatıla bilmərəm!” — Ramiz Mehdiyevin kürəkəni - FOTO

“Özbaşıma növbəti seçkilərə qatıla bilmərəm!” — Ramiz Mehdiyevin kürəkəni - FOTO

"Namizədliyim təmsil olunduğum partiya tərəfindən irəli sürülməlidir. Mən özbaşıma növbəti seçkilərə necə qatıla bilərəm?!”.
 
Anews.az xəbər verir ki,bu fikirləri Modern.az-a açıqlamasında beşinci çağırış Milli Məclisin deputatı İlham Əliyev deyib.
 
O, bildirib ki, yalnız etimad göstəriləcəyi halda seçkilərə qatıla bilər:
 
"Mən YAP-çıyam. Partiyamızın sədri var. Partiyamızın sədri, hörmətli cənab Prezident İlham Əliyev tərəfindən etimad göstəriləcəksə, mən də seçkilərə qatılacam. Etimad göstərilməyəcəksə, qatılmayacam”.
 
Qeyd edək ki, İlham Əliyev Milli Məclisin IV və V çağırış deputatı olub. Yeni Azərbaycan Partiyası tərəfindən 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputat seçilib. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkənidir



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb