Özbəkistan bəzi ölkələrə uçuşları dayandırdı

11:31 | 05.12.2021
Özbəkistan bəzi ölkələrə uçuşları dayandırdı

Özbəkistan bəzi ölkələrə uçuşları dayandırdı

Dünya ölkələrində epidemioloji vəziyyətin gərginləşməsi ilə əlaqədar Özbəkistan gələn il yanvarın 10-dək Cənubi Afrika Respublikası, Botsvana, Namibiya, Zimbabve, Mozambik, Madaqaskar, Lesoto, Esvatini, Tanzaniya və Honkonqa olan giriş, çıxış və tranzit reyslərini dayandırıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Özbəkistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən ölkələrin vətəndaşları, bu dövlətlərdə yaşayan, ancaq vətəndaşlığı olmayan şəxslər, həmçinin, 14 gün ərzində bu ölkələrdə olan üçüncü ölkə vətəndaşları Özbəkistan ərazisinə buraxılmayacaq.

Qeyd olunub ki, bu ölkələrdə epidemioloji vəziyyət yaxşılaşdıqca beynəlxalq reyslər bərpa ediləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM