Özbəkistanda xarici hərbi baza olmayacaq

19:42 | 01.09.2015
Özbəkistanda xarici hərbi baza olmayacaq

Özbəkistanda xarici hərbi baza olmayacaq


Özbəkistan prezidenti İslam Kərimov ölkədə hər hansı bir xarici hərbi baza qurulmasını istisna edib.

Karimov sentyabrın 1-də müstəqillik günü münasibətilə paytaxt Daşkəntdə keçirilən mərasimdə həmçinin bildirib ki, Özbəkistan ordusu heç vaxt xaricdə keçirilən hərbi əməliyyatlarda iştirak etməyəcək.

Qeyd edək ki, ABŞ bundan 5 gün əvvəl Daşkəndi İslam Dövləti qrupuna qarşı mübarizə aparan beynəlxalq kolaisiyaya qoşulmağa çağırmışdı.

Beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılmasına baxmayaraq, həmçinin Almaniya bu ilin yanvarında Özbəkistanın cənubundakı Termez şəhərindəki hava bazasından istifadənin davam etdiriləcəyini bildirmişdi.

Bu baza Öbəkistan-Əfqanıstan sərhəddinin yaxınlığında yerləşir. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti