2024-cü ilin birinci rübündə Özbəkistandan Azərbaycana avtomobil və dəmir yolu ilə 300 min tondan çox müxtəlif yük daşınıb. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənd İnvestisiya Forumu çərçivəsində deyib.
"Özbəkistandan 2024-cü ilin ilk üç ayında Azərbaycana bütün nəqliyyat növləri ilə 300 mindən çox müxtəlif növ yük daşınıb. Bu rəqəmin ildə 1 milyon tona çatacağı gözlənilir. Nəqliyyat əlaqələri ölkələrimiz arasında ticarətin və əməkdaşlığın inkişafına töhfə verib”, -Cabbarov bu gün "Uğura doğru birgə yol: Özbəkistan və Azərbaycan" panel sessiyasında çıxış edərkən deyib.
2024-cü ilin yanvar-martında Azərbaycan və Özbəkistan arasında əmtəə dövriyyəsi 142 milyon ABŞ dolları təşkil edib.
Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 161 milyon 581 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 43 milyon 336 min ABŞ dolları, idxalının dəyəri isə 118 milyon 245 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 1,6 % azalıb, o cümlədən ixrac 3,9 % artıb, idxal isə 3,5 % azalıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !