• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Zəfər günü ilə bağlı keçiriləcək tədbirlərin SİYAHISI

Zəfər günü ilə bağlı keçiriləcək tədbirlərin SİYAHISI
27.10.2021 19:30
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-10 noyabr 2021-ci il tarixində Şanlı Qələbəmizin birinci ildönümü münasibətilə silsilə zəfər tədbirləri təşkil ediləcək.
 
Bu barədə nazirlikdən məlumat verilib.
 
Bildirilib ki, artıq 1 ildir ki, birliyimizin, yenilməzliyimizin rəmzi olan bu tarix mədəniyyətin bütün sahələrinə sirayət edərək, zəfər ruhumuzu alovlandırır. Silsilə tədbirlər boyu mədəniyyət və incəsənət sevərlər əzəmətli qələbənin zərrəsinə çevriləcək.
 
Zəfər əhvallı rəngarəng tədbirlər çərçivəsində ölkənin aparıcı teatr-konsert müəssisələrində qabaqcıl kollektivlərin iştirakı ilə maraqlı konsertlər baş tutacaq.
 
Qələbə notlarına köklənmiş proqramlar siyahısına Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlərin iştirakı ilə Azərbaycan bəstəkarlarının qələbəyə həsr olunmuş "Qarabağ Azərbaycandır!” simfonik konserti, "Qarabağ şikəstəsi” Oratoriyası, "4.4” Qısa tamaşalar Festivalı, Beynəlxalq Muğam Mərkəzində "Havalansın Xanın səsi!” milli musiqi axşamı, "Jazz says Victory” adlı caz axşamı, Dövlət Uşaq Filarmoniyasında balaca istedadların ifasında Zəfər konserti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Cavad xan” baleti, Kamera və Orqan Musiqisi zalında gənc istedadların iştirakı ilə konsert, teatr müəssisələrində Vətənpərvərlik mövzusunda tamaşaların nümayişi daxil edilib.
Əlamətdar hadisələrdən biri də odur ki, nazirliyin dəstəyi ilə baş tutmuş Vətən Müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsinin qalibləri də Zəfər günləri ərəfəsində elan olunacaq.
Tədbirlərə qələbənin təminatçıları olan qazi və Şəhid ailələri, qazilər, müharibə iştirakçıları dəvət olunacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Cəmiyyət 17:14
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
Cəmiyyət 16:50
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
"Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək
Cəmiyyət 15:53
"Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
Cəmiyyət 15:24
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
Xocavənddəki yanğınlaraaviasiya qüvvələri cəlb olunub
Cəmiyyət 14:44
Xocavənddəki yanğınlaraaviasiya qüvvələri cəlb olunub
Eldar Əzizov müşavirə keçirib
Cəmiyyət 14:22
Eldar Əzizov müşavirə keçirib
Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub
Cəmiyyət 13:25
Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub
Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?
Cəmiyyət 13:03
Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?
Sabah yağış gözlənilir - Hava proqnozu
Cəmiyyət 12:14
Sabah yağış gözlənilir - Hava proqnozu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol