8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Bakıda hərbçilərin Zəfər yürüşü keçirilir.
"Report” xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra hərbi orkestrlər Azərbaycanın dövlət himnini səsləndirib.
Daha sonra hərbçilərin yürüşü başlayıb.
Hərbi qulluqçular hərbi orkestrlərin müşayiəti ilə Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - "AMAY" Ticarət Mərkəzi istiqamətində hərəkət edir.
Başqa bir qrup hərbçi isə Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanı marşrutu ilə yürüş edir.
Yürüşün daha bir marşrutu isə "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev sarayı - İ.Nəsimi heykəli - Neftçilər prospekti istiqamətidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !