"Zəfər tarixi" dərsliyi niyə məhz 9-cu siniflərə keçiriləcək?-RƏSMİ

12:59 | 14.09.2021
"Zəfər tarixi” kursunun IX sinifdə tədris olunmasının müəyyən bilik və bacarıqlara yiyələnmiş, düşünməyi, təhlil etmə bacarığı formalaşmış gənclərin Qarabağın və işğaldan azad olunmuş digər torpaqlarımız haqqında öyrəndiklərinin daha geniş şəkildə təqdimatı və ətraflı məlumatlara yiyələnməsidir". Bu sözləri təhsil nazirliyinin rəsmisi anews.az-ın ünvanladığı niyə dərs vəsaitinin məhz 9-cu siniflərə tədris edilir sualına cavabında bildirib. 
 
"9-cu sinifi bitirən şagird icbari ümumi təhsili başa vurur, əsas biliklərə yiyələnir, proqram materiallarını mənimsəyir, dünyagörüşü formalaşır, kommunikativ bacarıqları inkişaf edir. 5-ci sinifdən tədris olunan tarix fənni qədim dövrdən başlayır və icbari təhsili bitirənədək müasir dövrü əhatə edir. Şagirdlər dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunur, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağı, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etməyi öyrənir",-deyə qurumun sözçüsü əlavə edib.
 
Nazirlikdən bildirilib ki, "Zəfər tarixi” kursu tarix fənni üzrə müəllimlər tərəfindən tədris olunacaq.
 
2021-2022-ci tədris ilindən bütün ümumi təhsil müəssisələrinin 9-cu siniflərində "Zəfər tarixi" kursunun tədrisinə başlanılacaq. Sözügedən fənn tədris dilindən asılı olmayaraq, bütün siniflərdə Azərbaycan-dilində 1 saatlıq tədris ediləcək.
 
"Zəfər tarixi” dərsliyinin müəllifləri Pərviz Ağalarov, Niyaməddin Quliyev, Hafiz Cabbarov, Ramil Tanrıverdi və Talıb Talıblıdır.

Samirə Əli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM