Bakı Dövlət Universitetinin 2№li yataqxanasında zəhərlənmə hadisəsinin yeni təfərrüatları məlum olub.
Ölən tələbənin Fizika fakültəsinin 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətova olması müəyyən edilib. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib.
"Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir.”
İkin araşdırmalardan və digər tələbələrin verdiyi məlumatdan ehtimal olunur ki, zəhərlənmə tələbələrin ev şəraitində hazırlanmış və ya marketdən alınmış konservləşdirilmiş məhsullardan istifadəsi zamanı baş verib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !