Zəhərlənmə olan məktəbdə dərslər dayandırıldı

14:27 | 24.05.2023
Şəkidə zəhərlənmə baş verən məktəbdə dərslər dayandırılıb.

Bu barədə "Qafqazinfo”ya Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, mayın 23-də günorta saatlarında Şəki rayonunun Qudula kənd tam orta məktəbinin şagird və işçi heyəti arasında allergiya halları qeydə alınıb:
"Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Gecə saatlarında daha bir neçə şagirddə yaranmış narahatlığa görə onlar da xəstəxanaya gətiriliblər. Hazırda həmin şagirdlərin vəziyyətlərinin normal olduğu və günün sonuna kimi həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılacağı bildirilir.

Məlumat üçün onuda bildirək ki, təhsil müəssisəsində yaranmış problemi aradan qaldırmaq üçün bu gün, yəni mayın 24-də məktəbdə əyani dərslər keçiriləməyib”.

İlkin araşdırmalara görə, allergiyaya məktəbdə mayın 19-da aparılmış dezinfeksiya işi səbəb olub. Ehtimal edilir ki, mayın 23-də havanın temperaturunun yüksək olması səbəbindən məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələri buxarlanaraq məlum hadisənin baş verməsinə gətirib çıxarıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb