Özəl pensiya fondlarının fəaliyyəti üçün normativ-hüquqi baza hazırlanacaq

20:51 | 20.12.2013
Özəl pensiya fondlarının fəaliyyəti üçün normativ-hüquqi baza hazırlanacaq

Özəl pensiya fondlarının fəaliyyəti üçün normativ-hüquqi baza hazırlanacaq

Azərbaycanda qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üçün normativ-hüquqi baza hazırlanacaq.«APA-Economics»in məlumatına görə, bunu YAP-ın veb-saytına müsahibəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib. Onun sözlərinə görə, bu məqsədlə dövlət pensiya təminatında yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsi nəzərdə tutulur: «Bu baxımdan dövlət pensiya təminatı sistemində yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutları vasitəsilə pensiya təminatının təşkil olunmasının ölkənin investisiya, maliyyə və qiymətli kağızlar bazarında müxtəlif maliyyə alətlərinin tətbiqinin inkişafını, bu sahədə etibarlı nəzarət və gəlirə zəmanətlilik səviyyəsinin əldə edilməsini qabaqlamadan yerinə yetirilməsi vacib şərtdir». E.Mehdiyev deyib ki, bundan əlavə, fərdi hesablara yığım vəsaitlərinin hansı qaydada toplanması məsələsi daim müzakirə mövzusudur: «Məsələ bundadır ki, son dövrlər beynəlxalq təcrübədə məcburi real yığıma əsaslanan pensiya sistemlərində ciddi problemlərin meydana gəlməsi və bu əsasda həmin sistemlərdən tam və ya qismən imtina olunması meylləri qeyd olunan komponentin məcburi deyil, könüllü sosial sığorta əsasında təşkilinin daha səmərəli olduğunu təsdiqləyir. Azərbaycan bazar iqtisadiyyatı ölkəsidir və bütün sahələrdə olduğu kimi sığorta-pensiya sistemində də alternativ mexanizmlərin formalaşdırılması qaçılmazdır. Buna görə müvafiq təkliflərin hazırlanmasında beynəlxalq təcrübədə müşahidə olunan bütün tendensiyaların nəzərə alınması əsas amil kimi nəzərdən keçirilir». E.Mehdiyev xatırladıb ki, DSMF Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində tvinninq layihəsini işləyərək təqdim edib və layihə Avropa Komissiyası tərəfindən təsdiqlənib: «Qeyd edilən layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin və qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq. Bu əsasda məcburi dövlət sosial sığortası ilə yanaşı, könüllü sosial sığortanın inkişafı vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanlar yaradacaq».ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM