Azərbaycanın biznes təmsilçilərinin özəl sektorda aktivliyinin artırılması əsas hədəflərdəndir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Qeyri-neft sənayesi sahəsində fəaliyyət göstərən sahibkarlarımızla görüşməkdən məmnun olduq. Yerli istehsalın artımı və ixrac bazarlarının genişləndirilməsi imkanlarını müzakirə edərək sualları cavablandırdıq və iş adamlarının təkliflərini dinlədik”, - nazir öz "X" hesabında yazıb.
Bundan əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar bayramov deyib ki, Azərbaycanda özəl sektordə yeni iş yerlərinin artırılmasına ehtiyac var.
"İş yerləri ilə bağlı özəl sektorun payı dövlət sektorundan daha çox olmalıdır. Bu sektorunda yeni iş yerlərinin artırılmasına ehtiyac var. Amma statistika göstərir ki, bizdə özəl sektor bu sistemdə uduzur”, - deputat bildirib.
Hazırda ölkə üzrə muzdla çalışanların 893,1 min nəfəri dövlət, 856,3 min nəfəri isə özəl sektorun payına düşüb.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !